BMTK müəllimi Basketbol Çempionlar Liqası oyununda FIBA Texniki Nümayəndəsi oldu

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin fiziki tərbiyə müəllimi Asif Bağışov Gimnastika Arenasında Azərbaycanın “Sabah” və Türkiyənin “Trabzonspor” komandaları arasında keçirilən Basketbol Çempionlar Liqası oyununda FIBA Texniki Nümayəndəsi kimi Azərbaycanı təmsil edib.

Bu məsuliyyətli beynəlxalq vəzifəni yerinə yetirməsi məktəb kollektivi üçün qürur mənbəyidir. Asif Bağışovu təbrik edir, peşəkar fəaliyyətində davamlı uğurlar arzulayırıq.