Bakı Modern Təhsil Kompleksinin müəllimi tennis üzrə Bakı çempionatında II yer tutub

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin müəllimi Mürsəllov Ruslan Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı tərəfindən təşkil edilən müəllimlər arasında Bakı çempionatında tennis üzrə II yerə layiq görülüb.

Kompleksimizi layiqincə təmsil edən Ruslan Mürsəllov bu əhəmiyyətli nailiyyət münasibətilə təbrik edilib, ona pedaqoji və idman fəaliyyətində davamlı uğurlar arzulanıb.