Bakı Modern müəllimləri beynəlxalq qiymətləndirmə tədbirində təltif olunublar
Bakı Modern Təhsil Kompleksinin müəllimləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik tədbirdə fəxri fərmanla təltif olunublar. Tədbir “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusuna həsr edilib.
Əliyev Hamlet Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə, Axundova Həyat isə informatika fənni üzrə ekspert kimi fəaliyyət göstərir. Müəllimlər uzun illərdir Mərkəzin ekspertləri kimi çalışırlar və təhsil sahəsinə verdikləri töhfələrlə fərqlənirlər.
Kompleks müəllimləri bu nailiyyət münasibətilə təbrik edib və təhsil sahəsinə verdikləri dəyərli töhfələrə görə onlara təşəkkürünü bildirib.


