BMTK müəllimləri beynəlxalq qiymətləndirmə tədbirində təltif olunublar
Bakı Modern Təhsil Kompleksinin müəllimləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik tədbirdə fəxri fərmanla təltif olunublar. Tədbir “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusuna həsr edilib.
Təltif olunanlar fizika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Əlövsət Rəcəbov; biologiya müəllimi, “İlin müəllimi” və “Tərəqqi” medalı laureatı Fəridə Əliyeva; fizika müəllimi, Nəsirəddin Tusi mükafatı laureatı və I dərəcəli diplom sahibi Nərgiz Hüseynova; kimya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin elmi işçisi Elnur Hüseynov; “İlin müəllimi” (2009/2014), “İlin ən yaxşı metodisti”, “Sabahın Alimləri” müsabiqəsinin müxtəlif illərdə kimya üzrə elmi rəhbəri və münsiflər heyətinin üzvü, həmçinin “Kimya Abituriyent” toplusunun müəllifi Sevda Xudaverdiyevadır.
Kompleks müəllimləri bu yüksək nailiyyət münasibətilə təbrik edir və təhsil sahəsinə verdikləri dəyərli töhfələrə görə təşəkkür edir. Müəllimlər uzun illərdir Dövlət İmtahan Mərkəzinin ekspertləri kimi fəaliyyət göstərirlər.
