Bakı Modern müəllimləri beynəlxalq təhsil tədbirində fəxri fərmanla təltif olunublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin müəllimləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik tədbirdə fəxri fərmanla təltif olunublar. Tədbir “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusuna həsr edilib.

Təltif olunan müəllimlər: fizika üzrə fəlsəfə doktoru və Azərbaycan Respublikasının Prezidenti yanında DİA-nın dosenti Əlövsət Rəcəbov; biologiya müəllimi, “İlin müəllimi” və “Tərəqqi” medalı laureatı Fəridə Əliyeva; fizika müəllimi, Nəsirəddin Tusi mükafatı laureatı və I dərəcəli diplom sahibi Nərgiz Hüseynova; kimya üzrə fəlsəfə doktoru və Bakı Dövlət Universitetinin elmi işçisi Elnur Hüseynov; 2009 və 2014-cü illərdə “İlin müəllimi” seçilmiş, “İlin ən yaxşı metodisti” adına layiq görülmüş, müxtəlif illərdə “Sabahın Alimləri” müsabiqəsində kimya üzrə elmi rəhbər və münsiflər heyətinin üzvü olmuş, “Kimya Abituriyent” toplusunun müəllifi Sevda Xudaverdiyeva.

Kompleks müəllimləri bu nailiyyət münasibətilə təbrik edir və onların təhsilə verdikləri dəyərli töhfələrə görə təşəkkürünü bildirir.