Bakı Modern komandasının blokçeyn üzrə tədqiqatı beynəlxalq jurnalda dərc üçün qəbul edilib

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin direktoru Aysel Həsənli, müəllim Aygün Abdulova və IB proqramı üzrə şagird Zahir Salahzadə elmi tədqiqat sahəsində beynəlxalq uğur əldə ediblər.

Tədqiqat dünyanın qeydiyyatdan keçmiş ilk elmi K–12 konqresi kimi təqdim olunan ITECX College çərçivəsində təqdim edilib. Nəticədə hazırlanan akademik məqalə yüksək təsir faktoruna malik, beynəlxalq indeksli və rəyli elmi jurnal olan Journal of Information Analytics tərəfindən dərc olunmaq üçün qəbul edilib.

“To What Extent Can Businesses Leverage Blockchain Technology to Enhance Cybersecurity and Financial Transparency?” adlı tədqiqat müəssisələrin blokçeyn texnologiyasından istifadə etməklə kibertəhlükəsizliyi gücləndirmək və maliyyə şəffaflığını artırmaq imkanlarını araşdırır.