Bakı Modern Çin dili müəllimi Nərmin Nəzərovanı kollektivə dəvət edib

View on Instagram

Bakı Modern Təhsil Kompleksi Nərmin Nəzərovanı Çin dili müəllimi kimi müəllim heyətinə qəbul edib.

Nərmin Nəzərova Azərbaycan Dillər Universitetində bakalavr və magistr təhsili alıb, Çin dili üzrə biliklərini isə Şanxay Pedaqoji Universitetində keçdiyi dil proqramı ilə daha da təkmilləşdirib.

Müxtəlif yaş qruplarına Çin dili tədris edən Nərmin müəllim dil bacarıqlarının inkişafı ilə yanaşı, şagirdləri Çin mədəniyyəti, adət-ənənələri və gündəlik həyatı ilə də tanış edir və maraqlı öyrənmə mühiti yaradır.