Bakı Modernə beynəlxalq təcrübəli fizika və təbiət elmləri müəllimi qoşulub
Bakı Modern Təhsil Kompleksinin beynəlxalq müəllim heyətinə Böyük Britaniyadan Tauseef Ahmed Khan qoşulub. O, Fizika və Təbiət Elmləri fənlərini tədris edəcək.
Tauseef Ahmed Khanın Böyük Britaniya ilə yanaşı, Avstraliya, Oman, Qətər və Qazaxıstanda 30 ildən artıq pedaqoji təcrübəsi var. O, Brunel University Londonda Təbiət Elmləri üzrə təhsil alıb və University of Greenwichdə müəllim hazırlığı proqramını tamamlayıb.
Onun beynəlxalq təcrübəsinin və elmə olan həvəsinin BMEC şagirdlərinə yeni biliklər, baxışlar və motivasiya qazandıracağı gözlənilir.
