Baku Modern yeni müəllimlər üçün oriyentasiya sessiyası keçirib
Baku Modern Təhsil Kompleksinə yeni qoşulan müəllimlər üçün oriyentasiya sessiyası keçirilib.
Sessiya zamanı yeni müəllimlər məktəb mühiti ilə tanış olub, BMEC-in strukturu, təhsil yanaşması, dəyərləri və əsas fəaliyyət istiqamətləri haqqında məlumat əldə ediblər. Onlar həmçinin həmkarları ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və daha güclü peşəkar əlaqələr qurmaq imkanı qazanıblar.
