Bakı Modern Təhsil Kompleksi ibtidai sinif müəllimi Lamiyə Sadıqovanı komandaya dəvət edib
Bakı Modern Təhsil Kompleksi Lamiyə Sadıqovanı ibtidai sinif müəllimi kimi müəllim heyətinə dəvət edib.
Lamiyə Sadıqova Bakı Slavyan Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə ali təhsil alıb və 2022-ci ildən pedaqoji fəaliyyət göstərir. O, Müəllimlərin İşə Qəbulu imtahanlarında yüksək nəticələr əldə edib və dövlət məktəblərində çalışıb. Pedaqoji fəaliyyətində şagirdlərin akademik və fərdi inkişafına, özünəinamının formalaşmasına və öyrənməyə marağının artırılmasına xüsusi önəm verir.
