BMTK-nın 2026-cı il yay məktəbinə qeydiyyat başladı

View on Instagram

Bakı Modern Təhsil Kompleksi 3–16 yaş arası uşaqlar üçün 22 iyun–21 avqust tarixlərində keçiriləcək 2026-cı il yay məktəbinə qeydiyyat elan edib.

Proqram öyrənmə, inkişaf və əyləncəni birləşdirir. İştirakçılar süni intellekt, robototexnika və innovasiya, natiqlik və liderlik, media və yaradıcı düşüncə, ingilis, ispan və fransız dillərində danışıq, ingilis dilində riyaziyyat və STEAM istiqamətləri üzrə məşğələlərdə iştirak edəcəklər. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılacaq.

Yay məktəbi çərçivəsində gündə dörd dəfə qidalanma, fərdi inkişaf və liderlik fəaliyyətləri, peşəkar üzgüçülük təlimləri, ekskursiyalar, peşəkar müəllimlər, 24/7 mühafizə xidməti və proqramın sonunda sertifikat təqdim olunması nəzərdə tutulur.

Erkən qeydiyyatdan keçənlərə 20 may tarixinədək 100 AZN endirim tətbiq olunacaq.