BMTK Yay Məktəbi 3–16 yaşlı uşaqlar üçün inkişaf və liderlik imkanları yaradır

View on Instagram

3–16 yaşlı uşaqlar üçün nəzərdə tutulan BMTK Future Leaders Journey — Yay Məktəbi 2026-ya qeydiyyat davam edir. Yay məktəbi 22 iyun–21 avqust tarixlərində keçiriləcək və inkişaf, öyrənmə və əyləncəni bir araya gətirəcək.

Proqram çərçivəsində Çin dili, süni intellekt, robototexnika və innovasiya, natiqlik və liderlik, media və yaradıcı düşüncə, ingilis, ispan və fransız dillərində danışıq, ingilis dilində riyaziyyat və STEAM tədris olunacaq. Şagirdlər Azərbaycan, rus və ingilis dillərində təhsil, gündə dörd dəfə qidalanma, peşəkar üzgüçülük təlimləri, ekskursiyalar, peşəkar müəllim heyəti, beynəlxalq yanaşma, 24/7 mühafizə xidməti və proqramın sonunda sertifikat əldə edəcəklər.

Proqram uşaqların fərdi inkişafını, özünəinamını, xarici dillərdə ünsiyyətini, beynəlxalq düşüncəsini, texnologiya və kommunikasiya bacarıqlarını dəstəkləməyi hədəfləyir. Qeydiyyat üçün *9800, +994 70 799 90 90 və ya +994 10 232 42 28 nömrələri ilə əlaqə saxlamaq, yaxud info@bmtk.edu.az ünvanına yazmaq olar.