BMTC yeni müəllimləri xüsusi şam yeməyində qarşıladı

View on Instagram

Dünən Bakı Modern Təhsil Kompleksinə yeni qoşulan müəllimlər üçün xüsusi şam yeməyi təşkil olundu.

Səmimi və xoş atmosferdə keçirilən görüş yeni həmkarların bir-birlərini daha yaxından tanımaları, təcrübə və fikirlərini bölüşmələri, eləcə də peşəkar əlaqələrini gücləndirmələri üçün imkan yaratdı.

Yeni tədris ilini güclü komanda ruhu, qarşılıqlı əməkdaşlıq və ortaq hədəflərlə qarşılamağa hazırıq. Yeni müəllimlər Bakı Modern Təhsil Kompleksi ailəsinə səmimi salamlandı.