Bakı Modern Təhsil Kompleksi yeni müəllimləri xüsusi şam yeməyi ilə qarşıladı
Bakı Modern Təhsil Kompleksi komandasına yeni qoşulan müəllimlər üçün xüsusi şam yeməyi təşkil olundu.
Səmimi və xoş atmosferdə baş tutan görüş yeni həmkarların bir-birlərini daha yaxından tanımaları, təcrübə və fikirlərini bölüşmələri, eləcə də peşəkar əlaqələrini gücləndirmələri üçün imkan yaratdı.
Yeni tədris ilini güclü komanda ruhu, qarşılıqlı əməkdaşlıq və ortaq hədəflərlə qarşılamağa hazırıq. Yeni müəllimlər Bakı Modern Təhsil Kompleksi ailəsində səmimi qarşılandı.















