Şagirdimiz University College London universitetinə qəbul olub
Şagirdimiz Məryəm Abdullayeva Böyük Britaniyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan University College London (UCL) universitetinə qəbul olub.
1826-cı ildə təsis olunan UCL dünyanın aparıcı universitetləri sırasındadır və innovativ təhsil yanaşması, güclü akademik bazası və beynəlxalq mühiti ilə tanınır.
Məryəmi və Xaricdə Təhsil komandamızı bu böyük uğur münasibətilə təbrik edir, ona gələcək təhsil həyatında uğurlar arzulayırıq.
