BMTK şagirdləri I yarımildəki yüksək nailiyyətlərinə görə təltif olunublar
Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımili üzrə yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.
Kompleksin Azərbaycan, Rus və İngilis bölmələrinin orta siniflərində təhsil alan şagirdlər əldə etdikləri nailiyyətlərə görə təltif olunublar. Onların uğurları məqsədyönlü fəaliyyətin və davamlı zəhmətin, eləcə də məktəbin keyfiyyətli təhsil mühitinin və valideyn-məktəb əməkdaşlığının nəticəsi kimi qiymətləndirilib.
Tədbir zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Şagirdlər təbrik edilib, onlara gələcək təhsil həyatlarında davamlı nailiyyətlər arzulanıb.



