BMTK Kuboku beynəlxalq məktəblərin şagirdlərini şahmat yarışında bir araya gətirdi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş BMTK Kuboku beynəlxalq məktəblərarası şahmat turniri uğurla keçirilib.
Turnirdə müxtəlif beynəlxalq məktəblərin şagirdləri iştirak edərək intellektual bacarıqlarını nümayiş etdirib, dostluq, rəqabət və strateji düşüncə mühitində özlərini sınayıblar.
Yarış şahmat bacarıqları ilə yanaşı, komanda ruhunun, qarşılıqlı hörmətin və sağlam rəqabətin də gözəl nümunəsinə çevrilib. Qalib və iştirakçı şagirdlər təbrik olunub, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulanıb.











