BMTK Kuboku beynəlxalq şahmat turnirində məktəblilər bir araya gəldi

View on Instagram

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş BMTK Kuboku beynəlxalq məktəblərarası şahmat turniri uğurla keçirilib.

Turnirdə müxtəlif beynəlxalq məktəblərin şagirdləri iştirak edərək intellektual bacarıqlarını nümayiş etdirib, dostluq, rəqabət və strateji düşüncə mühitində özlərini sınayıblar.

Yarış yalnız şahmat bacarıqlarının deyil, həm də komanda ruhunun, qarşılıqlı hörmətin və sağlam rəqabətin gözəl nümunəsinə çevrilib. Qalib və iştirakçı bütün şagirdlərimizi təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.