BMTK Kuboku beynəlxalq məktəblərarası şahmat turniri uğurla keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş BMTK Kuboku beynəlxalq məktəblərarası şahmat turniri uğurla keçirildi.
Turnirdə müxtəlif beynəlxalq məktəblərin şagirdləri iştirak edərək intellektual bacarıqlarını nümayiş etdirdilər və dostluq, rəqabət, eləcə də strateji düşüncə mühitində özlərini sınadılar.
Yarış şahmat bacarıqları ilə yanaşı, komanda ruhunun, qarşılıqlı hörmətin və sağlam rəqabətin də gözəl nümunəsinə çevrildi. Qalib və iştirakçı bütün şagirdlərimizi təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.
















