BMTK Kuboku beynəlxalq məktəblərarası şahmat turniri keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş BMTK Kuboku beynəlxalq məktəblərarası şahmat turniri uğurla keçirilib.
Turnirdə müxtəlif beynəlxalq məktəblərin şagirdləri iştirak edərək intellektual bacarıqlarını nümayiş etdirib, dostluq, rəqabət və strateji düşüncə mühitində özlərini sınayıblar.
Yarış şahmat bacarıqları ilə yanaşı, komanda ruhunun, qarşılıqlı hörmətin və sağlam rəqabətin də gözəl nümunəsi olub. Qalib və iştirakçı bütün şagirdlərimizi təbrik edir, gələcək yarışlarda onlara daha böyük uğurlar arzulayırıq.












