BMTK məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin məzunları dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu universitetlərdə təhsillərini davam etdirirlər. Kompleksin İngilis bölməsində təhsil alan və ali təhsillərini Azərbaycanda davam etdirməyi seçən şagirdlər də Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

Bu nəticələr göstərir ki, şagirdlər beynəlxalq təhsil proqramı çərçivəsində qazandıqları bilik və bacarıqlarla yanaşı, DİM-in qəbul imtahanlarında da uğurla çıxış edə biliblər.

Şagirdlərin hər bir nailiyyəti onların illər ərzində göstərdikləri əzmin, məqsədyönlü hazırlığın və Kompleksdə formalaşdırılan güclü akademik bazanın göstəricisidir. Bakı Modern Təhsil Kompleksi məzunlarını təbrik edir və onlara gələcək təhsil yollarında yeni uğurlar arzulayır.