BMTK şagirdləri Fibonacci robototexnika yarışlarının beynəlxalq mərhələlərinə vəsiqə qazandılar

View on Instagram

Bakı Modern Təhsil Kompleksi 7–8 mart 2026-cı il tarixlərində keçirilən Fibonacci Azərbaycan Çempionatında yüksək nəticələr əldə edən şagirdləri ilə qürur duyur.

I, II və III yerlərə, eləcə də münsiflər heyətinin xüsusi mükafatına layiq görülən komandalar Türkiyənin Antalya şəhərində keçiriləcək Fibonacci Avrasiya Robot Olimpiadasında Azərbaycanı və məktəbi təmsil edəcəklər.

Bu mərhələdə uğur qazanan iştirakçılar Fibonacci Dünya Çempionatının İtaliyanın Roma şəhərində keçiriləcək finalına vəsiqə əldə edəcəklər.