BMTK-da şagirdlərin I yarımil nailiyyətləri qeyd olunub
Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımili ərzində yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan, Rus və İngilis bölmələrinin orta siniflərində təhsil alan şagirdlər əldə etdikləri uğurlara görə təltif olunublar. Bu nailiyyətlər şagirdlərin məqsədyönlü fəaliyyəti və davamlı zəhməti, məktəbin keyfiyyətli təhsil mühiti, eləcə də valideyn və məktəb əməkdaşlığının uğurlu nəticəsi kimi qiymətləndirilib.
Tədbir zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Şagirdlər təbrik edilib, onlara gələcək təhsil həyatlarında davamlı nailiyyətlər arzulanıb.





