BMTK şagirdləri Barselonada beynəlxalq riyaziyyat olimpiadasında iştirak ediblər

View on Instagram

2–6 iyun tarixlərində Baku Modern Təhsil Kompleksinin şagirdləri İspaniyanın Barselona şəhərində La Salle Universitetinin ev sahibliyi ilə keçirilən Fibonacci Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla iştirak ediblər.

Olimpiada zamanı şagirdlər riyaziyyat sahəsində bilik və bacarıqlarını nümayiş etdirərək uğurlu nəticələr əldə ediblər. Onlar, həmçinin, La Salle Universitetinin professorları tərəfindən riyaziyyat və süni intellekt sahələri üzrə keçirilən xüsusi təlimlərdə iştirak edərək yeni bilik və təcrübə qazanıblar. Proqramı uğurla başa vuran şagirdlər professorlar tərəfindən təqdim olunan sertifikatlarla təltif ediliblər.

Şagirdlər akademik fəaliyyətlərlə yanaşı, Barselonanın tarixi və mədəni irsi ilə də tanış olub, şəhərin görməli məkanlarını ziyarət ediblər.