İbtidai siniflərdə Çin dili tədrisinə başlanılır

View on Instagram

2026–2027-ci tədris ilindən etibarən Bakı Modern Təhsil Kompleksində ibtidai sinif şagirdləri üçün Çin dili tədrisinə başlanılacaq.

Çin dili məktəbin tədris proqramının bir hissəsinə çevriləcək. Şagirdlər bu dili erkən yaşlardan etibarən peşəkar və təcrübəli müəllimlərin rəhbərliyi ilə öyrənərək beynəlxalq perspektiv qazanacaq, gələcək akademik və peşəkar imkanlar üçün möhkəm təməl formalaşdıracaqlar.

Proqram çərçivəsində yaşa uyğun müasir və interaktiv tədris metodikalarından istifadə olunacaq, dinləmə, danışıq, oxu və yazı bacarıqları kompleks şəkildə inkişaf etdiriləcək. Şagirdlər Çin universitetləri, beynəlxalq proqramlar və gələcək karyera imkanları üçün hazırlanacaq, erkən yaşdan qlobal düşüncə və multikultural inkişaf dəstəklənəcək.