Sertifikasiya imtahanında uğur qazanan pedaqoqlar təltif olunublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksi və onun nəzdində fəaliyyət göstərən Modern Uşaq Akademiyası və Baby Plaza Uşaq Bağçasında müəllimlərin sertifikasiya imtahanında uğurla iştirak edən pedaqoqların təltifetmə mərasimi keçirilib.

Tədbir çərçivəsində sertifikasiya prosesini uğurla başa vuran müəllimlər təltif olunub. Onların təhsilin keyfiyyətinin yüksəldilməsi, peşəkar inkişaf və müasir tədris yanaşmalarının tətbiqi istiqamətində göstərdikləri əzm və fədakarlıq yüksək qiymətləndirilib.

Bakı Modern Təhsil Kompleksi hesab edir ki, təhsildə dayanıqlı uğurun əsasını daim öz üzərində çalışan, yeniliklərə açıq və yüksək peşə məsuliyyəti daşıyan müəllimlər təşkil edir. Pedaqoqların bu uğuru həm onların şəxsi inkişafı, həm də şagirdlərin gələcək nailiyyətləri üçün möhkəm təməl yaradır.