8-ci sinif şagirdi rus dilində sinonim söz birləşmələrini izah edib
Bakı Modern Təhsil Kompleksində həyata keçirilən “BMTK-da Rus dili — asan və əyləncəli” layihəsinin yeni buraxılışı təqdim olunub.
Bu dəfə 8-ci sinif şagirdimiz İldırımzadə Zəhra “Sinonim söz birləşmələri” mövzusunu sadə, aydın və maraqlı şəkildə izah edir.
Layihənin məqsədi şagirdlərin biliklərini paylaşaraq həm öz inkişaflarına, həm də digər şagirdlərin öyrənmə prosesinə töhfə vermələrinə şərait yaratmaqdır.
