Elena Kuvshinova BMK-nın beynəlxalq müəllim heyətinə qoşulub

View on Instagram

Elena Kuvshinova Bakı Modern Təhsil Kompleksinin beynəlxalq müəllim heyətinə ingilis dili müəllimi kimi qoşulub. O, BMK-ya Rusiyadan gəlib.

Elena Kuvshinovanın ingilis dilinin tədrisi, kurikulumun hazırlanması və təhsil liderliyi sahələrində 10 ildən artıq təcrübəsi var. O, University of Exeterdə Təhsil Liderliyi üzrə magistr dərəcəsi alıb, həmçinin Moscow State Linguistic Universitydə İngilis dili və Dil Tədrisi Metodologiyası üzrə təhsilini tamamlayıb.

Onun beynəlxalq təcrübəsinin və şagirdyönümlü yanaşmasının BMK şagirdlərinə dəyərli bilik və ilham qazandıracağı gözlənilir.