İngilis bölməsinin I sinif şagirdləri Məzun Gününü qeyd ediblər

View on Instagram

Bakı Modern Təhsil Kompleksində İngilis bölməsinin I sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.

Bu əlamətdar gündə şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoyublar. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurlarının möhkəm təməlini təşkil edəcək.

Məktəb məzunlarını təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayır.