İngilis bölməsinin I sinif şagirdləri təhsildə yeni mərhələyə qədəm qoydular

View on Instagram

Bakı Modern Təhsil Kompleksində İngilis bölməsinin I sinif şagirdləri üçün Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olundu.

Bu əlamətdar gündə şagirdlərimiz ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoydular. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurları üçün möhkəm təməl təşkil edəcək.

Məzunlarımızı təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.