Açıq Qapı Günündə ailələr Bakı Modern Təhsil Kompleksi ilə tanış oldular
03 aprel tarixində Bakı Modern Təhsil Kompleksində keçirilən Açıq Qapı Günündə Baby Plaza Uşaq Bağçası və Modern Uşaq Akademiyasının məktəbəqədər şagirdləri və onların valideynləri iştirak etdilər.
Tədbir zamanı valideynlər kompleksin müasir infrastrukturu və təhsil yanaşması ilə ətraflı tanış oldular, şagirdlər isə müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlərdə iştirak etdilər. Proqramın sonunda valideyn və şagirdlər üçün təşkil olunan nahar zamanı iştirakçılar xoş vaxt keçirdilər.
Valideynlərə göstərdikləri maraq və etimada görə təşəkkür edir, gələcəkdə yenidən görüşməkdən məmnunluq duyacağımızı bildiririk.
