Açıq Qapı Günündə ailələr Bakı Modern Təhsil Kompleksi ilə tanış olublar

View on Instagram

3 aprel tarixində Bakı Modern Təhsil Kompleksində keçirilən Açıq Qapı Günündə Baby Plaza Uşaq Bağçası və Modern Uşaq Akademiyasının məktəbəqədər yaşlı şagirdləri və onların valideynləri iştirak ediblər.

Tədbir zamanı valideynlər kompleksin müasir infrastrukturu və təhsil yanaşması ilə tanış olub, şagirdlər isə müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlərdə iştirak ediblər.

Proqram valideyn və şagirdlər üçün təşkil olunan nahar süfrəsi ilə yekunlaşıb. Təşkilatçılar valideynlərə göstərdikləri maraq və etimada görə təşəkkür edib, onlarla yenidən görüşməkdən məmnun olacaqlarını bildiriblər.