Açıq Qapı Günündə ailələr Bakı Modern Təhsil Kompleksi ilə tanış oldular

View on Instagram

03 aprel tarixində Baby Plaza Uşaq Bağçasının və Modern Uşaq Akademiyasının məktəbəqədər şagirdləri, eləcə də onların valideynləri Bakı Modern Təhsil Kompleksində keçirilən Açıq Qapı Günündə iştirak etdilər.

Tədbir zamanı valideynlər kompleksin müasir infrastrukturu və təhsil yanaşması ilə tanış oldular, şagirdlər isə müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlərə qatıldılar.

Proqramın sonunda valideynlər və şagirdlər üçün təşkil olunan nahar zamanı iştirakçılar xoş vaxt keçirdilər. Kompleks valideynlərə göstərdikləri maraq və etimada görə təşəkkürünü bildirdi və onlarla yenidən görüşməkdən məmnun olacağını qeyd etdi.