Açıq Qapı Günündə ailələr Baku Modern Təhsil Kompleksi ilə tanış olublar

View on Instagram

03 aprel tarixində Bakı Modern Təhsil Kompleksində keçirilən Açıq Qapı Günündə Baby Plaza Uşaq Bağçası və Modern Uşaq Akademiyasının məktəbəqədər şagirdləri, eləcə də onların valideynləri iştirak ediblər.

Tədbir zamanı valideynlər kompleksin müasir infrastrukturu və təhsil yanaşması ilə tanış olublar. Şagirdlər isə müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlərdə iştirak ediblər. Proqramın sonunda valideyn və şagirdlər üçün nahar təşkil olunub.

Valideynlərə göstərdikləri maraq və etimada görə təşəkkür edir, gələcəkdə yenidən görüşməkdən məmnunluq duyacağımızı bildiririk.