Bakı Moderndə keçirilən Açıq Qapı Günü ailələri bir araya gətirdi

View on Instagram

Bakı Modern Təhsil Kompleksində keçirilən Açıq Qapı Günündə Baby Plaza Uşaq Bağçası və Modern Uşaq Akademiyasının məktəbəqədər şagirdləri və onların valideynləri iştirak ediblər.

Tədbir zamanı valideynlər kompleksin müasir infrastrukturu və təhsil yanaşması ilə ətraflı tanış olub, şagirdlər isə müxtəlif maarifləndirici və interaktiv fəaliyyətlərə qoşulublar.

Proqramın sonunda valideyn və şagirdlər üçün təşkil olunan nahar zamanı iştirakçılar xoş vaxt keçiriblər. Valideynlərə göstərdikləri maraq və etimada görə təşəkkür edilib və onlarla gələcəkdə yenidən görüşməkdən məmnunluq duyulacağı bildirilib.