Bakı Modern Təhsil Kompleksində Mədəni Müxtəlifliyə Həsr Olunmuş Ailə Günü Keçirilib
Bakı Modern Təhsil Kompleksində təşkil olunan “Mədəniyyətlərin Birləşdiyi Ailə Günü” müxtəlif mədəniyyətlərin zənginliyini və dəyərlərini bir araya gətirən nümunəvi tədbir kimi yadda qaldı.
Tədbir çərçivəsində şagirdlər müxtəlif ölkələri təmsil edərək onların milli musiqi və rəqslərini yüksək səviyyədə təqdim etdilər. Eyni zamanda, fərqli xalqların mətbəx mədəniyyətini əks etdirən təqdimatlarla çıxış etdilər.
Bu təşəbbüs şagirdlərdə multikultural dəyərlərin formalaşdırılması, qarşılıqlı hörmət və anlayışın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bakı Modern Təhsil Kompleksi qlobal düşünən, milli dəyərlərə hörmət edən və açıq dünyagörüşlü nəsil yetişdirməyi əsas prioritetlərindən biri hesab edir.







