Bakı Modern Təhsil Kompleksində mədəni müxtəlifliyi birləşdirən Ailə Günü keçirilib

View on Instagram

Bakı Modern Təhsil Kompleksində təşkil olunan “Mədəniyyətlərin Birləşdiyi Ailə Günü” müxtəlif mədəniyyətlərin zənginliyini və dəyərlərini bir araya gətirən tədbir kimi yadda qalıb.

Şagirdlər müxtəlif ölkələri təmsil edərək onların milli musiqi və rəqslərini yüksək səviyyədə təqdim edib, eyni zamanda fərqli xalqların mətbəx mədəniyyətini əks etdirən təqdimatlarla çıxış ediblər.

Təşəbbüs şagirdlərdə multikultural dəyərlərin formalaşdırılması, qarşılıqlı hörmət və anlayışın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Qlobal düşünən, milli dəyərlərə hörmət edən və açıq dünyagörüşlü nəsil yetişdirmək Bakı Modern Təhsil Kompleksinin əsas prioritetlərindəndir.