Fibonacci Beynəlxalq Robot Yarışı könüllülərə təşəkkür mərasimi ilə başa çatdı
Bakı Modern Təhsil Kompleksinin ikinci dəfə ev sahibliyi etdiyi Fibonacci Beynəlxalq Robot Yarışı Bakı İdman Sarayında uğurla başa çatıb.
Tədbirin təşkilində 70-dən çox könüllü fəal iştirak edib. Yarışda iştirak edən könüllülər üçün Bakı Modern Təhsil Kompleksində sertifikat təqdimetmə mərasimi keçirilib, daha sonra isə iftar süfrəsi təşkil olunub.
Hər bir könüllüyə iştirakına və dəstəyinə görə təşəkkür edirik.
















