5-ci sinif şagirdləri ibtidai təhsil mərhələsini başa vurdular

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin İngilis bölməsinin 5-ci sinif şagirdləri Məzun Gününü böyük sevinc və qürur hissi ilə qeyd etdilər.

Şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoydular. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurları üçün möhkəm təməl olacaq.

Məzunlarımızı təbrik edir, onlara təhsillərinin davamında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.