5-ci sinif şagirdləri ibtidai təhsil mərhələsini başa vurdular
Bakı Modern Təhsil Kompleksinin İngilis bölməsinin 5-ci sinif şagirdləri üçün Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.
Şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoyublar. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurları üçün möhkəm təməl olacaq.
Məzunlarımızı təbrik edir, onlara təhsil həyatlarının davamında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.














