Birinci sinif şagirdləri yaddaqalan Məzun Gününü qeyd etdilər

View on Instagram

Bu gün Bakı Modern Təhsil Kompleksinin Azərbaycan, Rus və İngilis bölmələrinin birinci sinif şagirdləri Məzun Gününü böyük sevinc və qürur hissi ilə qeyd etdilər.

Balaca məzunlarımız bir təhsil mərhələsini uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atdılar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan etdi.

Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara bol uğurlar arzulayırıq.