Birinci sinif şagirdləri yaddaqalan Məzun Gününü qeyd etdilər

View on Instagram

Bu gün Bakı Modern Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölmələrinin birinci sinif şagirdləri üçün Məzun Günü qeyd olundu.

Balaca məzunlarımız bir mərhələni uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atdılar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan etdi.

Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında bol uğurlar arzulayırıq.