Bakı Modern Təhsil Kompleksində birincilər üçün Məzun Günü keçirilib
Bakı Modern Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölmələrinin birinci sinif şagirdləri üçün Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.
Balaca məzunlar bir mərhələni uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atıblar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan edib.
Şagirdlər təbrik olunub və gələcək təhsil həyatlarında onlara uğurlar arzulanıb.
