I sinif şagirdləri ibtidai təhsil mərhələsini başa vurdular

View on Instagram

Bakı Modern Təhsil Kompleksində Azərbaycan bölməsinin I sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.

Şagirdlər ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoyublar. Onların qazandıqları biliklər, qurduqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurları üçün möhkəm təməl təşkil edəcək.

Məzunlarımızı təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.