Birinci sinif şagirdləri yaddaqalan Məzun Gününü qeyd etdilər

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin Azərbaycan, Rus və İngilis bölmələrinin birinci sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olundu.

Balaca məzunlarımız təhsilin bir mərhələsini uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atdılar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan etdi.

Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara uğurlar arzulayırıq.