Bakı Modern Təhsil Kompleksində birincilərin Məzun Günü qeyd olunub

View on Instagram

Bakı Modern Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölmələrinin birinci sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olunub.

Balaca məzunlarımız bir mərhələni uğurla başa vuraraq yeni biliklərə və böyük hədəflərə doğru ilk addımlarını atıblar. Onların sevinc dolu anları, səhnə çıxışları və parlaq gülümsəmələri bu günü daha da yaddaqalan edib.

Şagirdlərimizi təbrik edir, gələcək təhsil həyatlarında onlara bol uğurlar arzulayırıq.