İki məktəbin şagirdləri arasında futbol yarışı dostluq münasibətlərini möhkəmləndirdi

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin və 245 nömrəli məktəbin şagirdləri arasında Dostluq görüşü çərçivəsində futbol yarışı keçirilib.

Yarış rəqabət ruhu, komanda işi, qarşılıqlı hörmət və dostluq münasibətlərinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Şagirdlər oyun zamanı yüksək idman ruhu nümayiş etdirərək həm meydanda, həm də meydandan kənarda dostluq və əməkdaşlıq nümunəsi göstəriblər. Bu cür görüşlər şagirdlər arasında sosial bacarıqların inkişafına və yeni dostluqların qurulmasına töhfə verir.