Rus Bölməsinin Dördüncü Sinif Şagirdləri üçün Əlamətdar Gün
Bakı Modern Təhsil Kompleksində Rus bölməsinin 4-cü sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olundu.
Bu əlamətdar gündə şagirdlərimiz ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoydular. Onların əldə etdikləri biliklər, qazandıqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək uğurlarının möhkəm təməlini təşkil edəcək.
Əziz məzunlarımızı təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.
















