4-cü sinif şagirdləri ibtidai təhsil mərhələsini başa vurdular

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin Rus bölməsinin 4-cü sinif şagirdlərinin Məzun Günü böyük sevinc və qürur hissi ilə qeyd olundu.

Bu əlamətdar gündə şagirdlərimiz ibtidai təhsil mərhələsini uğurla başa vuraraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoydular. Onların qazandıqları biliklər, qurduqları dostluqlar və yaşadıqları unudulmaz xatirələr gələcək nailiyyətləri üçün möhkəm təməl olacaq.

Əziz məzunlarımızı təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.