7-ci sinif şagirdləri TED-Ed çıxışlarında bacarıqlarını nümayiş etdiriblər
Bakı Modern Təhsil Kompleksində növbəti TED-Ed Student Talks tədbiri keçirilib.
7-ci sinif şagirdləri müxtəlif mövzular üzrə çıxış edərək tədqiqat və nitq bacarıqlarını nümayiş etdiriblər. Bakı Modern Təhsil Kompleksi Azərbaycanda TED-Ed Student Talks lisenziyasına malik yeganə məkandır.
